Daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə vaxt sahibsiz kimi uçota götürüldüyü göstərilməli, habelə mülkiyyətçi tərəfindən həmin əşya üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.