İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Kollektiv (briqada) üzrə maddi-məsul şəxslərin öhdələrində olan aktivlərin və öhdəliklərin inventarizasiyası kollektivin (briqadanın) rəhbəri dəyişildikdə, kollektivin (briqadanın) üzvlərinin əlli faizdən çoxu tərkibdən çıxdıqda, həmçinin kollektivin (briqadanın) bir və ya bir neçə üzvünün tələbi ilə aparılır.  Kollektiv (briqada) üzrə inventarizasiya qaydaları mühasibat uçotu subyektinin uçot siyasəti və digər normativ-hüquqi aktlarla (sənədlərlə) tənzimlənir.