Təbii sərvətlər üzrə məsrəflərin inventarizasiyasına dair tələblər müəyyənləşib

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan təbii sərvətlərin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

– əmlakın (qiymətlilərin) uçot kartları;

– aktivlər üzrə uçot kitabı;

–  təbii sərvətlərin mühasibat uçotu subyekti tərəfindən icarəyə verilməsinə və yaxud məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.