Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım günü münasibətilə tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkiltlarının əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhid məzarları önünə gül-çiçək dəstələri qoydular, ruhlarına dualar oxunub.
Anım günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra rayonun Çiyni kəndində Vətən müharibəsində ilk şəhidimiz Hüseyn Həsənovun məzarı ziyarət olunub, ildönümü mərasimində iştirak olunub.
Şəhidlərimiz heç vaxt unudulmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət etsin!