Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə Heftelik.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

***
saat 14.22
Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsəndə saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
***
saat 13.30
Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Politik.am saytı öz mənbələrinə istinadən xəbər yayıb.