Duş otaqlarında, əlüzyuyanlarda (beş və artıq əlüzyuyanlarla), sanitar qovşaqlarda və başqa yaş təmizlənməsi tələb olunan sahələrdə ayaqaltı rezin xalçalar nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşçilərə müəyyən edilmiş normalara uyğun sabun verilməlidir. Dəriyə zəhərli maddələrin təsiri mümkün olan işlərdə işçilərə müəyyən edilmiş normalara uyğun yuyucu və zərərsizləşdirici vasitələr verilməlidir.