Azərbaycanda elə supermarketlər var ki, onun filialları ilə birlikdə 10 minə yaxın işçisi var.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu butgün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, ölkədəki digər supermarketlər də nəzərə alınsa bu, 100 minə yaxın işçi edir: “Bunun özü böyük bir problemdir. Hansı rayona gediriksə, köşklərin, mağazaların sayının azaldığını görürük. Biz dəyərlərimizi ancaq supermarketlərlə qoruya bilmərik”.