Boru kəsən maşınlarla sarğacların kəsilməsi üzrə işlərin hansı hallarda qadağan olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Boru kəsən maşınlarla sarğacların kəsilməsi üzrə işlər aşağıdakı hallarda qadağandır:
– frezdə qoruyucu örtük olmadıqda;
– xəndəyin (qanovun) kənarından frez daim soyudulmadıqda;
– idarəetmə pultu, boru kəsən maşın, səyyar elektrik stansiyası yerləbirləşdirilmədikdə;
– işçi çalanın içərisində adamlar olduqda;
– çalanın divarları ilə boru kəsən maşın arasında məsafə 0,5 metrdən az olduqda;
– frezin fırlanma sürəti 60 dövr/dəqiqədən çox olduqda.