Mühasibat uçotu subyekti inventarizasiyanın başlandığı və qurtardığı müddət ərzində yeni yaranan maddi sərvətlərin hərəkəti üzərində nəzarəti təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiyanın aparılması üçün mühasibat uçotu subyekti rəhbərinin əmri ilə bu subyektin aparıcı bölmələrinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət daimi fəaliyyətdə olan inventarizasiya komissiyası yaradılır. Mühasibat uçotu subyektinin rəhbəri və ya onun müavinlərindən biri inventarizasiya komissiyasının sədri, mühasibat xidmətinin rəhbəri isə sədrin müavini olur. Böyük təsərrüfatlarda inventarizasiya komissiyasının tərkibində bir neçə işçi qrupları yaradılır.