Qarabağdakı qondarma rejiminin keçmiş “xarici işlər naziri” David Babayan sosial şəbəkələrdə açıqlama verərək Azərbaycan tərəfinin tələbi ilə araşdırma üçün könüllü təslim olmaq qərarı verdiyini bildirib.

Heftelik.az-ın məlumatına görə, David Babayan bu gün Şuşaya gedəcəyini qeyd edib.

David Babayan qeyd edib ki, Azərbaycanın qara siyahısına düşüb: “Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”.