Sarğaclar (katuşka) boruya uyğunlaşdırıldıqda və ya borunun ucları kəsildikdə boru kəmərinin açıq uclarının qarşısında dayanmaq, eləcə də həmin əməliyyatı yerinə yetirməyən şəxslərin orada olması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Boru kəmərinin nasaz (qüsurlu) sahəsinin təmiri zamanı quraşdırılan boruların, sarğacların, birləşdirici detalların, armaturların sertifikatları və pasportları olmalıdır.