Mühasibat uçotu subyekti tərəfindən təbii sərvətlərin inventarizasiyası zamanı aktiv kimi tanınan hansı məsrəflərin yoxlanılmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Mühasibat uçotu subyekti tərəfindən təbii sərvətlərin inventarizasiyası zamanı aktiv kimi tanınan aşağıdakı məsrəflər yoxlanılmalıdır:
– mühasibat uçotu subyektinin təbii sərvətləri üzrə məsrəflər ;
– topoqrafik, geoloji, biokimyəvi və geofiziki araşdırmaların aparılması üzrə məsrəflər;
– tədqiqat əməliyyatlarının aparılması üzrə məsrəflər;
-qazma işlərinin aparılması üzrə məsrəflər;
– təbii sərvətlərin çixarılmasının texniki baxımdan mümkünlüyünu və kommersiya baxımından sərfəliyinin qiymətləndirilməsinin aparılması üzrə məsrəflər.