Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.
Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.