Açılmasına icazə verilməyən və zədələnməyən taralarda saxlanılan aktivlərin miqdarı, onların sənədlərinə əsasən naturada seçmə üsulla yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Üst-üstə yığılmış bu kimi taralarda saxlanılan aktivlərin sənədləri əsasında yoxlamalar keçirilən zaman onların çəkisinin və həcminin müəyyən edilməsi texniki hesablamalar və nəzarət ölçü qaydasına əsasən həyata keçirilir. Şübhəli və ya mübahisəli hallar yarandıqda inventarizasiya başdan-başa lazımi qaydada aparılır. Spesifik xüsusiyyətlərə malik olan bəzi sahələrdə (kənd təsərrüfatında, ticarətdə, topdansatış bazalarında və başqalarında) bu qaydalarda nəzərdə tutulmayan spesifik xüsusiyyətə malik akrivlərin inventarizasiya qaydaları və lazımi ilkin uçot sənədlərinin forma və rekvizitləri həmin orqanların uçot siyasəti ilə müəyyənləşdirilir. Baş (yuxarı) idarəetmə orqanı olan mühasibat uçotu subyektlərində bu cür spesifik xüsusiyyətə malik olan inventarizasiya işləri baş (yuxarı) idarəetmə orqanının müvafiq qaydada təsdiq etdiyi normativ-hüquqi aktları, habelə tövsiyə xarakteri daşıyan sənədlər əsasında həyata keçirilir.