İnventarizasiya komissiyası tərəfindən xarabolma səbəbləri göstərilməklə yararsız hala düşmüş taraların silinməsinə akt tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Əsas vəsaitlərin (fondların) və qeyri-maddi aktivlərin inventarizasiyası iki ildən bir, kitabxana fondunun inventarizasiyası beş ildən bir, digər aktivlərin isə inventarizasiyası ildə bir dəfə aparılır.