Yolda olan, yüklənmiş, lakin alıcılar tərəfindən vaxtında ödənilməyən, başqa təşkilatların anbarında saxlanılan ehtiyatların inventarizasiyası, onların mühasibat uçotunun müvafiq hesablarındakı uçot məlumatlarının məbləğlərinin düzgünlüyünün yoxlanılması ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya vaxtı maddi-məsul şəxslərin öhdəsində olmayan (yolda olan, yüklənmiş mallar və sair) ehtiyatların məbləği uçot registrlərində yalnız təsdiq edilmiş sənədlərlə göstərilməlidir: yolda olanlar üzrə — malgöndərənlərin hesablaşma sənədləri ilə və yaxud digər əvəzedici sənədlərlə; yüklənmiş mallar üzrə — alıcılar tərəfindən təqdim olunmuş sənədlərin surətləri ilə (ödəniş tapşırığı, veksellər və sair); ödəniş vaxtı keçmiş sənədlər üzrə — bankların təsdiq etdiyi öhdəliklərlə; kənar təşkilatların anbarında saxlanılan qiymətlilər üzrə — inventarizasiyanın aparıldığı tarixə yaxın tərtib edilmiş saxlanma izahatnaməsi ilə.