İnventarizasiya aparılmamışdan əvvəl hesabların digər qarşılıqlı hesablarla üzləşdirilməsi yoxlanılmalıdır. Məsələn, başqa hesablarda əks olunası ödənilmiş məbləğin ehtiyatlar hesabının müvafiq subhesabında uçota alınıb-alınmaması müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Alıcılar tərəfindən vaxtında ödənilməyib yolda olan, yüklənmiş və başqa təşkilatların anbarında saxlanılan mal-material qiymətlilərinə ayrıca siyahılar tərtib edilir.