İnventarizasiya komissiyasının və onun tərkibindəki işçi qrupun yaradılmasına dair əmrdə komissiyanın və işçi qruplarının hüquqları, vəzifələri, işin təşkili, inventarizasiyanın başlanma və qurtarma müddəti, işçi qruplarının təlimatlandırılması və onların gördükləri işlərin nəticələrinin müzakirə vaxtı, hər bir işçi qrupunun inventarizasiya aparacağı yerin və maddi-məsul şəxsin vəzifəsi və ünvanı öz əksini tapır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.