Boru kəmərinin nasaz (qüsurlu) sahəsinin təmiri zamanı quraşdırılan borular, sarğaclar, birləşdirici detallar, armaturlar hidravlik üsulla sınaqdan keçirilməlidir. Sınaq aktları istismarçı təşkilata təqdim olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Cilalama maşını ilə işləyərkən qadağandır:

– xüsusi geyim və xüsusi ayaqqabıdan, dəbilqə və qoruyucu eynəkdən istifadə etmədən işləmək;

– işci dairənin mühafizə örtüyünü çıxarmaq;

– cilalama dairəsinin fırlanma sürəti cilalama maşınının fırlanma sürətindən az olduqda ondan istifadə etmək;

– cilalama dairəsini əl ilə dayandırmaq;

– cilalama dairəsi tam dayanana qədər cilalama maşınını yerə qoymaq;

– cilalama maşını şəbəkədən açılmadan işçi dairəni bərkitmək və ya dəyişdirmək.