Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərə aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.