Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dəfn edilib.

Heftelik.az-ın məlumatına görə, əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn edilib.

***

saat 10.35

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

Heftelik.az-ın məlumatına görə, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.