Əmək şəraitinin yaxşılaşdırılması və zərərli istehsalat amillərinin təsirinin azaldılması pasport tərtib edilərkən aşkar olunmalı, əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması sanitar-sağlamıq tədbirlərinin illik kompleks planının uyğun bölmələrinə daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Sanitar-məişət otaqları hər gün təmizlənməli, havası dəyişdirilməlidir. Soyunub geyinmə otağı, duş otağı və digər sanitar-məişət otaqları daim dezinfeksiya olunmalıdır.