Təbii sərvətlər inventarizasiya olunarkən komissiya həmin aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, təyinatını, əldə edilməsi tarixini, miqdarını, məbləğini, istismar müddətini və digər xüsusi göstəricilərini qeyd etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Təbii sərvətlərin inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində və yaxud təbii sərvətlər üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.