Xocalı qatillərindən Arşavir Qaramyan saxlanılıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Arşavir Qaramyan Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsində Ermənistana keçmək istəyərkən saxlanılıb.
Qeyd edək ki, Arşavir Qaramyan Kəlbəcərin işğalı zamanı Azərbaycan əsgərlərinə qarşı təhqiramiz davranışları ilə də yadda qalıb.