Baş prokuror Kamran Əliyev beynəlxalq axtarışa verilən separatçılardan – buraxıldığı elan  olunan qondarma “DQR”-in “sabiq prezidenti” Araik Arutyunyan və “sabiq müdafiə naziri” Cəlal Arutyunyandan danışıb.

Heftelik.az-ın məlumatına görə, Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, Araik Arutyunyan, David Babayan və Cəlal Arutyunyan 44 günlük müharibə zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı beynəlxalq axtarışa verilib.

Bş prokuror bildirib ki, axtarışda olan David Babayan artıq həbsdədir: “Yaxın zamanlarda bunlar və digərləri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Baş prokuror bundan əvvəl Qarabağda cinayət törətmiş 300-dən çox separatçının axtarışa verildiyini açıqlayıb.