Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hər biri sənədləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokuror deyib ki, 4 qrup üzrə araşdırmalar aparılır: “Birincisi, Birinci Qarabağ müharibəsi zamanı baş vermiş cinayətlərdir. İkincisi, atəşkəs zamanı baş verən cinayətlərdir. Üçüncüsü, Vətən müharibəsi zamanı baş vermiş cinayətlərdir. Dördüncü qrupa isə Vətən müharibəsi bitəndən sonra baş vermiş cinayətlər daxildir”.
Kamran Əliyev əlavə edib ki, Qarabağda cinayət törətmiş 300-dən çox separatçı beynəlxalq axtarışa verilib.