Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
Heftelik.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Yerli vaxtla saat 09.30 radələrində binanın girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.
Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Atışma zamanı 2 polis yüngül xəsarət alıb