Ucar rayonunda 1 oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü qeyd edilib.
Heftelik.az-ın məlumatına görə, Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayon Prokurorluğunun əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər və xatirəsini yad ediblər.
Qeyd edək ki, bu il prokurorluq orqanlarının yaranmasının 105-ci ili tamam olur Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur.