Anbara qəbul edilmiş istifadə müddəti ötən, mal dövriyyəsindən çıxarılan, əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan, habelə satışı respublika ərazisində qadağan edilən mallar təhvil verən orqanın rəhbərinin qərarı ilə məhkəmə və ya müvafiq səlahiyyətli orqanın qərarınadək qanunamüvafiq qaydada məhv edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə TəlimAat”da əksini tapıb.