Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxs edam cəzasına məhkum edilib.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.

Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri – ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.