Mükafatın istənilən formada təxirə salınmış hissəsi bank qarşısında öhdəliklər üzrə təminat qismində qəbul edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Xüsusi kateqoriyaya aid olan işçilərlə bank arasında dəyişən mükafatların təxirə salınmış hissəsinin tam və ya bir hissəsinin ləğvi və (və ya) geri qaytarılması halları  razılaşdırılmalıdır. Belə hallara əməkdaş tərəfindən qanunvericiliyə zidd olaraq banka əhəmiyyətli dərəcədə zərər vuran əqdlərin bağlanması və (və ya) əməliyyatların həyata keçirilməsi, bankın işgüzar nüfuzuna mənfi təsir edən etik davranış qaydalarının pozulması, habelə bank üçün əhəmiyyətli dərəcədə zərər yaradan digər qanunazidd hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi halları aid edilə bilər. Bank bu razılaşmaların tətbiqi müddətini və tətbiqi üçün razılaşmada dəqiq kəmiyyət və keyfiyyət meyarları müəyyən etməlidir (məsələn, bankı maliyyə və ya reputasiya itkilərinə məruz qoyan qanun pozuntularına yol verilməsi).