Bankın hansı məlumatları açıqlamalı olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
İqtisadi qərarların qəbul edilməsi, bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi və qərarlar qəbul edərkən müxtəlif bankları səmərəli müqayisə etmək imkanları yaratmaq üçün hər bir bank məlumat istifadəçiləri üçün aşağıdakı qrup məlumatları açıqlayır:
– bankın maliyyə göstəriciləri haqqında məlumat;
– bank və onun fəaliyyəti barədə ümumi məlumat;
– bank kapitalının strukturu və adekvatlığı barədə məlumat;
– bank risklərinin idarə edilməsi barədə məlumat.