Bankın komplayens RİSKİ

02 Oktyabr 2023, 16:00

Hər bir bank fəaliyyətinin xüsusiyyətinə, əməliyyatlarının həcmi və mürəkkəbliyinə adekvat olaraq ixtisaslaşdırılmış insan və texnoloji resurslara malik müstəqil komplayens funksiyasını formalaşdırır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Komplayens funksiyası bankın komplayens riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən edir.