Poçt göndərişinin kateqoriyası poçt göndərişinin qəbulu, işlənilməsi, daşınması və çatdırılmasının qayda və şərtlərini müəyyən edən əlamətlər toplusu (sadə, sifarişli, qiyməti bəyan olunmuş, adi), qeydiyyatlı poçt göndərişi qəbz verilməklə göndərilmə üçün qəbul edilən, müşayiət sənədlərinə yazılmaqla göndərilən və imza etdirilməklə alıcıya çatdırılan poçt göndərişidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Qiyməti bəyan olunmuş poçt göndərişi həqiqi dəyərindən artıq olmamaq şərti ilə tərkibinin dəyəri göndərici tərəfindən qiymətləndirilən qeydiyyatlı poçt göndərişidir.