Nəzarət məqsədli əkslərin hansı qaydadaa çıxarıldığı açıqlanıb
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Nəzarət məqsədli əkslər aşağıdakı qaydada çıxarılır:
– sağ, sonra sol əlin dörd barmağının (baş barmaqdan başqa) əksləri daktiloskopik xəritəyə (canlı skanerə) köçürülür (əkslər çıxarılarkən barmaqları dırnağın bir tərəfindən digər tərəfinə qədər çevirmək olmaz);
– baş barmaqlar və ovuc əksləri çıxarılır. Barmaq əkslərinin dəqiq çıxarılması üçün daktiloskopik xəritəyə (canlı skanerə) aydın əks etdirilir, dırnağın bir kənarından digərinə qədər olan hissəsi tam götürülür.