Bankın İdarə Heyəti yeni bank məhsulunun tətbiqi barədə qərar qəbul edir, risklər və onların idarə edilməsinə dair Riskləri İdarəetmə Komitəsinə hesabatları təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Həmçinin Bankın İdarə Heyəti risklərin idarə edilməsi bölməsinin bankın risklərinə adekvat şəkildə fəaliyyəti üçün müvafiq şərait yaradır, fövqəladə hallar planına Riskləri İdarəetmə Komitəsi ilə birgə baxır və Müşahidə Şurasına təqdim edir.