Sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri, mədən və şaxtalarda, dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar işlədikləri idarə, təşkilat və müəssisələr tərəfindən onlara verilən göndəriş (6 nömrəli əlavə) əsasında yaşadığı və ya olduğu yer üzrə ərazi polis orqanında məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.