Hər bir bankda onun risk profilinə mənfi təsir edə biləcək hadisələrin müəyyən edilməsi və qiymətləndirilməsi üçün bankın həcmindən və onun fəaliyyətinin mürəkkəbliyindən asılı olaraq stress-test modelləri hazırlanır və ən azı ildə bir dəfə yenilənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Stress-testlər ən azı hər altı aydan bir həyata keçirilir və nəticələri əsasında tədbirlər planı hazırlanır. Stress-testlərin nəticələri və tədbirlər planı müvafiq dövrün prudensial hesabatları ilə birgə Mərkəzi Banka təqdim edilir.