Ümumi istifadədə olan poçt rabitəsi xidmətləri Azərbaycan Respublikası ərazisində poçt şəbəkəsindən istifadə etməklə bütün istifadəçilərə ümumi müqavilə əsasında müəyyən keyfiyyətə malik poçt rabitəsi xidmətlərinin göstərilməsini (poçt göndərişlərinin qəbulu, işlənilməsi və çatdırılmasını, pensiya və müavinətlərin ödənilməsini, dövrü nəşrlərin çatdırılmasını və s.) təmin edən poçt rabitəsinin növüdür.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Əlavə xidmət poçt rabitəsi xidmətini tamamlayan və əlavə ödəniş əsasında göstərilən xidmətdir.