Zaqatala qumbara partlamasında ölənlərin sayı artıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 30-u axşam saat 22 radələrində rayonun Yengiyan kəndinin mərkəzində qumbara partlaması zamanı ağır xəsarət alan 1991-ci il təvəllüdlü Zaqatala rayon Yengiyan kənd sakini Məqsəd Rzayevə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün bu gün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
M. Rzayev axşam saatlarında xəstəxanaya çatdıqdan bir qədər sonra dünyasını dəyişib.
Qeyd edək ki, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Heftelik.az-a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.
***
30 sentyabr saat 23.30
Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Heftelik.az-a verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.