Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Heftelik.az xəbr verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

10-XB-318 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı “VAZ 2104” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər Bərdə rayon Uğurbəyli kənd sakinləri – 1966-cı il təvəllüdlü Məhərrəmova Sevda Şükür qızı və 1961-ci il təvəllüdlü Məhərrəmova Cəmilə Mösum qızı xəsarət alıb. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.