Bankın İdarə Heyəti bankın digər struktur bölmələrinin risklərin idarə edilməsi bölməsi ilə əməkdaşlığını təmin edir, habelə onun fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Həmçinin bankın İdarə Heyəti Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla və Müşahidə Şurası tərəfindən səlahiyyət verildiyi halda bankdaxili qaydaları təsdiq edir.