Gömrük işi sahəsində törədilən cinayətlərin və digər hüquqpozmaların bilavasitə predmeti olan və gömrük orqanları tərəfindən müvafiq qaydada götürülmüş anbar şəraitində saxlanılması zəruri olan iri ölçülü mallar məhkəmənin və ya müvafiq səlahiyyətli orqanın qərarınadək müvəqqəti saxlanc üçün Dövlət Gömrük Komitəsinın müəyyən etdiyi müvafiq təsərrüfat strukturunun anbarına, pul və qiymətlilər isə maliyyə xidmətinə təhvil verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Məhkəmənin qərarınadək götürülmüş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da əksini tapıb.
Maddi sübutlar malları təhvil verən gömrük orqanının müraciət məktubu əsasında qəbul edilir.