Boru kəmərlərinə neftin doldurulması üzrə işlər qaz təhlükəli işlərə tapşırıq-icazə vərəqəsi əsasında yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qaz-hava qarışığının buraxılması üzrə işlər aparılan zonada həmin işlərin yerinə yetirilməsi ilə əlaqəsi olmayan adamların və texnikanın olması qadağandır.