Şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin məcburi dövlət daktiloskopik və genom qeydiyyatı müəyyən olunduğu ərazi polis orqanı tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən şəxslərin daktiloskopik qeydiyyat sənədləri təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə (7 nömrəli əlavə) ərazi polis orqanı, inzibati qaydada həbs edilmiş şəxslərin daktiloskopik qeydiyyat sənədləri isə ərazi polis orqanı tərəfindən tərtib edilir.