Ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət, o cümlədən uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər haqqında məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək DNT Məlumat Bankında saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.