Ödəmə şərtli poçt göndərişi çatdırılarkən alıcıdan göndərici tərəfindən müəyyən edilmiş dəyər məbləğinin tutulması və bu məbləğin pul köçürməsi ilə göndəriciyə qaytarılması şərti əsasında göndərilən qiyməti bəyan olunmuş poçt göndərişidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Qrupla poçt göndərişləri eyni vaxtda bir göndərici tərəfindən göndərilmə üçün təqdim olunan beş və daha artıq sayda daxili qeydiyyatlı poçt göndərişləridir.