Daktiloskopik xəritəsi məlumat bazasında olan hər hansı bir şəxs barəsində yeni daktiloxəritə daxil olduqda, onlar müqayisə edilir, tam uyğunluq varsa, daha yararlısı saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”da əksini tapıb.
Fərqləndirici əlamətlər olduqda, onun səbəbi araşdırılır, düzgün daktiloxəritə müəyyən edilir və əvvəlki qeydiyyat sənədlərində də düzəlişlər aparılır. Fərq barmaq xəstəliyi və ya barmağın kəsilməsi və s. ilə əlaqədar olarsa, hər 2 (iki) daktiloskopik xəritə saxlanılır.