Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Nobel Komitəsi açıqlama yayıb.

Bildirilib ki, Fransa-ABŞ vətəndaşı Pyer Aqostini, Macarıstan-Avstriya vətəndaşı Ferents Krauz və fransalı Ann L-Yulye mükafata layiq görülüblər.

Onlar elektronların və işığın təbiətinin öyrənilməsinə görə Nobel mükafatı laureatı olublar.