Komplayens funksiyası Müşahidə Şurasına dövri əsasda, pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatlar təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Komplayens funksiyası aşkarlanmış və bankın dayanıqlılıq göstəricilərinə neqativ təsir edəcək risklər və çatışmazlıqlar barədə, habelə bunların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə Mərkəzi Bankı məlumatlandırır.